“Qarabağ”ın Avropadakı mövqeyi də dəyişib.

Offsideplus.az xəbər verir ki, “Vilyarreal”la Avropa Liqasının oyununa çıxmadığı üçün xal qazanmayan Ağdam klubunun hesabında 21,000 xal qalıb. Qurban Qurbanovun yetirmələri hazırda 67-70-ci yerləri bölüşür. Ötən həftə 66-68-ci yerlərə “Feyenoord” və “Styaua” ilə şərik olan Ağdam klubu yenə 1 pillə geriləyib.

Hesabında xal sayını 22,000-ə çatdıran “Hoffenhaym” 64-cü pilləyə yüksələrək təmsilçimizi arxada qoyub. Bir komandanı önə buraxan Azərbaycan çempionunun şərikləri də artıb. Belə ki, Avstriya LASK-ı “Qarabağ”a çatıb. Hər iki klub öz ölkələrinin yüksək liqa təmsilçiləridir. 

Qeyd edək ki, reytinqə 127,000 xala malik “Bavariya” başçılıq edir.