UEFA Avropa Liqasının qrup mərhələsininson turunda bu gün baş tutacaq oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Offsideplus.az xəbər UEFA-nın rəsmi saytına istinadən verir ki, buna səbəb bu gün dünyasını dəyişən Paolo Rossidir. Belə ki, italiyalı sabiq futbolçunun xatirəsi bir dəqiqəlik sükutla anılacaq.

Qeyd edək ki, 64 yaşında vəfat edən Rossi "Yuventus", "Milan" kimi klublarda çıxış edib.