"Napoli"də iki futbolçu koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bu gün "Real Sosyedad"la qarşılışacaq İtaliya təmsilçisinin üzvləri dünən koronavirus testi verib. İki futbolçuda Elseid Husay ilə Amir Rrahmaninin testinin cavabı müsbət çıxıb. Hər iki oyunçu müalicə üçün evə buraxılıb. 

Qeyd edək ki, "Napoli" - "Real Sosyedad" matçı bu gün axşam 21.55-də start götürəcək.