UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunda "Qarabağ" Türkiyədə "Makkabi"ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra baş tutan mətbuat konfransında "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov oyun barədə fikirlərini bölüşüb:

"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər".