"Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah yaxşı nəticə qazanmalıyıq. Xalı olmasa da, "Qarabağ" keyfiyyətli komandadır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Makkabi"nin futbolçusu Maor Kandil klubun rsmi saytına açıqlama verərəkən deyib. 27 yaşlı müdafiəçi Avropa Liqasının 5-ci turunda "Qarabağ"la oyundan öncə rəqibin güclü olduğunu bildirib:
"Rəqib çox güclüdür. Amma onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatıq. Bizim üçün çox vacib matç olacaq".
Qeyd edək ki, “Qarabağ” – “Makkabi” matçı dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda Bakı vaxtı ilə saat 21:55-də keçiriləcək.