Rıza Çalımbay da koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, "Sivasspor"un baş məşqçisi bu barədə Çalımbay “Tvitter” hesabında paylaşım edib. O, Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Vilyarreal”a qarşı keçirəcəkləri oyundan əvvəl verilən koronavirus testinin müsbət çıxdığını bildirib.

Çalımbay karantinə alınıb və “Vilyarreal”la oyunda komandasına rəhbərlik etməyəcək.

“Sivasspor” Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Vilyyarreal”la qarşılaşacaq. “Qarabağ” isə bu turda İsrail “Makkabi”si (Təl-Əviv) ilə üz-üzə gələcək.