“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə keçirəcəyi matçın hakimləri müəyyənləşib.
Offsideplus.az-ın məlumatına görə, UEFA oyuna İrlandiyalı Robert Hennessi təyin edib. Ona həmyerliləri Allen Linç və Emmet Dinan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Maklauqlin yerinə yetirəcək.
Oyunun hakim inspektoru Deyan Filipoviç (Serbiya), UEFA nümayəndəsi Oktavian Qoqa (Rumıniya) olacaq.
Qeyd edək ki, dekabrın 3-də “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” görüşü Bakı vaxtı ilə 21:55-də start götürəcək.