"Sivasspor"un baş məşqçisi Rza Çalımbay Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdikləyi matçdan söz açıb.
Offsideplus.az xəbər verir ki, Çalımbay klubun telekanalına açıqlama verərkən klubdakı problemlər və hakim səhvləri məsələsinə toxunub.
"İtkilərimiz çoxdur, "Qarabağ"la matça 14 nəfərlə çıxmışdıq. "Göztəpə" ilə çempionat oyununda da itkilərimiz var idi. Həftədə 3 görüş keçiririk. Avrokubok qarşılaşmalarını həm Türkiyə, həm də özümüz üçün oynayırıq. Son həftələrdə çoxlu sayda hakim səhvləri ilə üzləşdik. Bizim heç kimlə problemimiz yoxdur. Sadəcə, ədalətli idarəçilik tələb edirik".
Qeyd edək ki, "Sivasspor" və "Qarabağ" arasında baş tutan son oyun 3:2 hesabı ilə başa çatıb.