"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Makkabi" ilə oyunda texniki zonada olmayacaq.

Offsideplus.az xəbər verir ki, koronavirusa yoluxan təcrübəli çalışdırıcının verdiyi təkrar testin cavabı da pozitiv çıxıb. Məhz bu səbəbdən Qurbanov komandayla birgə Türkiyəyə yollanmayacaq. Əvəzində, oğlu Musa Qurbanlı İstanbuldakı matçda oynaya biləcək. Çünki bunadək koronavirusa yoluxmuş 18 yaşlı milli futbolçunun təkrar testi neqativ çıxıb. 

Qeyd edək ki, "Qarabağ" son 11 ildə avrokuboklarda Qurban Qurbanov olmadan meydana çıxmayıb. Bu, bir ilk olaraq tarixə düşəcək.

Odur ki, Qurbanovu "Makkabi" ilə qarşılaşmada əsas köməkçisi Elçin Rəhmanov əvəzləyəcək.