Dekabrın 3-də İstanbulda “Qarabağ”la qarşılaşacaq “Makkabi”də heyətlə bağlı ciddi problemlər var.
Offsideplus.az xəbər verir ki, rəqibin baş məşqçisi Giorgios Donis ölkə çempionatının 7-ci turu çərçivəsində Kfar-Saba “Hapoel”i üzərində 3:0 hesablı qələbə qazandıqları oyundan sonra koronavirus pandemiyası səbəbindən əksər futbolçuların sərəncamında olmadığını söyləyib: “Mövsümün əvvəlində oyunçumuz çox idi. Ancaq koronavirus bütün klub heyətinin azalmasına səbəb oldu. Sabitliyi qorumaq istəyirəm. Tam hazır vəziyyətdə olan və müntəzəm çıxış edə bilən cəmi 8 oyunçum var. Amma hər kəs oyun şansı əldə edə bilər".
Qeyd edək ki, son həftələrdə “Qarabağ”da da ciddi itkilər müşahidə olunmaqdadır.