“Makkabi” Avropa Liqasının qrup mərhələsinin növbəti turunda “Qarabağ”la səfər oyununa itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, İsrail təmsilçisi Enrike Saboritin xidmətindən məhrum olub.
Buna səbəb 28 yaşlı ispaniyalı müdafiəçinincəzalı duruma düşməsidir. Belə ki, Saborit son turda “Vilyarreal”la ev oyununda (1:1) qırmızı vərəqə alıb. 89-cu dəqiqədə meydanı tərk edən Saborit “Başakşehir Fatih Terim" stadionunda baş tutacaq görüşdə komandasına kömək etməyəcək.
Qeyd edək ki, "Qarabağ" - "Makkabi" dueli dekabrın 3-də keçiriləcək.