Təl-Əviv “Makkabi”si yoxlama matçı keçirib.
Offsideplus.az xəbər verir ki, millilərin oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən yararlanan İsrail təmsilçisi Hayfa “Hapoel”i ilə üz-üzə gəlib.
Heyətdə itkilər olduğumdan baş məşqçi Giorqios Donis bir neçə gənc oyunçuya şans verib. Hər hissəsi 35 dəqiqədən ibarət olan görüş “Makkabi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 18 yaşlı Rotem Yatzkar imza atıb.
Qeyd edək ki, “Makkabi” qrup mərhələsinin 5-ci turu çərçivəsində dekabrın 3-də “Qarabağ”ın qonağı olacaq. Oyunun harda keçiriləcəyi hələ dəqiqləşməyib.