Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay "Radyospor"a açıqlamasında komandasının UEFA Avropa Liqasındakı çıxışını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssis ardıcıl 2 məğlubiyyətə baxmayaraq, mübarizə apardıqları I qrupundan çıxmaq şanslarının davam etdiyini bildirib: "Vilyarreal"la oyunda olduğu kimi, "Makkabi" ilə matçda da bəxtimiz gətirmədi. Zədəli futbolçularımız olduğu üçün əvəzetmə şansımız az idi. Bu baxımdan da çətinlik çəkdik. Qarşıdakı oyunlara baxmalıyıq. Bizi hələ 4 qarşılaşma gözləyir. "Makkabi"ni İsraildə udacağımızı düşünürəm. Həmçinin "Qarabağ"a qalib gələrək, qrupda ilk xallarımızı qazanmaq istəyirik".

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.