"Qarabağ" sabah UEFA Avropa Liqasının I qrupunun II turunda İspaniya "Vilyarreal"ı ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Ağdam klubunun kapitanı Maksim Medvedev bildirib ki, hazırda ölkədə və "Qarabağ" klubunda vəziyyət elə də yaxşı deyil: "Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadır və baxımlı oyun sərgiləyirlər. Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.