İsrailin "Makkabi" (Təl-Əviv) klubunun yeni transferləri - Luis ErnandesAleksandar Peşiç UEFA Avropa Liqasının I qrupunda ilk turun "Qarabağ"la oyunda iştirak etməyəcəklər.

Offsideplus.az xəbər verir ki, bu barədə "telesport.co.il" saytında yazı gedib. Onların hansı səbəbdən meydana çıxmayacaqları barədə isə məlumat verilməyib.

Qeyd edək ki, "Blumfild" stadionunda keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.