Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Makkabi"yə qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi "Makkabi"nin özünəməxsus oyun taktikası olduğunu qeyd edib.

"Makkabi"nin həm "Dinamo", həm də "Zalsburq"la matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var".

"Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə, fikrimizin əsgərlərimizin yanında olmağı normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir".

"Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik", - deyə təcrübəli mütəxəssis qeyd edib.