UEFA Avropa Liqasında "Qarabağ"ın qrup rəqibi "Makkabi" klubunun baş direktoru Şaron Tamm koronavirusun yaratdığı problemlərdən danışıb.
Offsideplus.az xəbər verir ki, pandemiya səbəbindən klubun maddi ziyana uğradığını və növbəti hədəflərinin Avropa Liqasında qrupdan çıxmaq olacağını qeyd edib.
“Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandığımız üçün qürur duyuruq. Təbii ki, Çempionlar Liqasında qrupa düşsəydik, daha yaxşı olardı. Ancaq Avropa Liqasındakı uğurdan da məmnunuq. UEFA-dan gələcək 10 milyon avro da koronavirusun yaratdığı zərəri bağlamaq üçün kifayət etmir. Dövlətin yardımı problemlərimizin yalnız bir qismini həll edəcək. Ümid edirəm ki, komandamız qrupdan çıxar. Bunun sayəsində həm yolumuza davam edərik, həm də qazancımızı artırarıq”.
Qeyd edək ki, İ qrupunda yer alan “Makkabi” ilk oyununu oktyabrın 22-də Təl-Əvivdə “Qarabağ”a qarşı keçirəcək. Qrupun digər iştirakçıları “Vilyarreal” (İspaniya) və “Sivasspor”dur (Türkiyə). (sport24.az)