UEFA Avropa Liqasının qrup mərhələsi üzrə "Qarabağ"ın qarşılaşacağı "Makkabi" klubu yeni transfer edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi Cənubi Afrika Respublikasının "Bidvest Uits" klubundan Rouen Hümanı heyətinə qatıb. 19 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalandığı bildirilir.

Xatırladaq ki, "Qarabağ" "Makkabi" klubu ilə oktyabrın 22-də səfərdə, dekabrın 3-də isə evdə qarşılaşacaq.