"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Makkabi" heyətini gücləndirməkdə davam edir.

Offsideplus.az xəbər verir ki, İsrail təmsilçisi bu dəfə serbiyalı futbolçunu heyətinə qatıb. Bu, serbiyalı hücumçu Aleksandr Peşiçdir. 28 yaşlı futbolçu ilə "1+1" şərti ilə müqavilə bağlanıb.

Sonuncu klubu "Seul" olan Peşiç buna qədər "Atalanta" və "Tuluza"nın uğurları üçün tər töküb. O, 2017-18 mövsümündə "Srvena Zvezda"nın heyətində 35 matçda vurduğu 25 qolla Serbiya çempionatının bombardiri olub.