Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Makkabi" klubunda koronavirusa yoluxma aşkarlanıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Təl-Əviv klubunun futbolçuları və əməkdaşlarından koronavirus testi götürülüb. Oyunçularının testinin nəticəsi neqativ çıxsa da klubun üzvlərindən birinin koronavirusa yoluxduğu bəlli olub.
Xatırladaq ki, "Makkabi" - "Qarabağ" matçı 22 oktyabrda, Bakıdakı oyun isə dekabrın 3-də baş tutacaq.