"Vilyarreal" və digər iki rəqibimiz keyfiyyətli komandadır". 

Offsideplus.az "Report"-a istinadən xəbər verir ki, bunu "Qarabağ"la birlikdə UEFA Avropa Liqasının I qrupunda yer alan İsrail "Makkabi"sinin baş məşqçisi Yorqos Donis püşk haqqında danışarkən deyib. 

51 yaşlı yunanıstanlı mütəxəssis bildirib ki, "Qarabağ" avrokuboklarda böyük təcrübəyə malikdir: "Qarabağ" Çempionlar Liqasında mübarizə aparıb və çətin rəqib olacaq. "Sivasspor" yaxşı çempionat hesab edilən Türkiyə Super Liqasında mübarizə aparır. Ötən mövsümü dördüncü olmaları çox şeydən xəbər verir".