"Neftçi" və "Qalatasaray" klubları arasında keçiriləcək matçın yeri dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsi üzrə baş tutacaq "Neftçi" - "Qalatasaray" matçı "Bakcell Arena"da keçirilməyəcək. Matç Bakı Olimpiya Stadionunda baş tutacaq.
Belə ki, hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.
Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək görüş saat 20:00-da start götürəcək.