Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir püşkatma zamanı Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi”nin də rəqibinin adına aydınlıq gəlib.

"Ağ-qaralar" II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.

Oyun püşkdə adı ilk çıxan komandanın -  "Neftçi"nin meydanında keçiriləcək.

Qeyd edək ki, qalib sentyabrın 17-də keçiriləcək bir matçın nəticəsində müəyyənləşəcək.