İrlandiyanın "Şemrok Rovers" və Finlandiyanın "İlves" komandaları arasında keçirilmiş oyunda yeni penalti rekordu qeydə alınıb. 

Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən qarşılaşmanın əsas və əlavə vaxt 2:2 hesabı ilə bitdiyi üçün qalib penalti seriyasında bəlli olub.

Oyunda ümumilikdə 26 penalti (meydan sahiblərinin ilk qolu da penaltidən olub) vurulub. İlk 5 zərbədən sonra qalib müəyyənləşməyib və seriya uzanıb. "İlves"dən Emeli Rayttinen 13-cü penaltini boşa verdiyi üçün komandası mübarizəni dayandırmalı olub. İrlandiya təmsilçisi penalti seriyasında 12:11 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu, penalti seriyasında avrokubuk tarixinin rekord göstərici olub. Daha əvvəl "Start Kristiansand" (Norveç) - "Droheda Yunayted" (İrlandiya)  matçında 22 penalti vurulub - 11:10.