UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən "Sumqayıt" - "Şkendiya" oyunundan sonra qonaqların baş məşqçisi Ernest Coka mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis ilk olaraq görüş barədə danışıb:

- Bundan əvvəlki konfransda dediyim kimi rəqibi yaxşı analiz etmişdik. Komanda oyunu oynayaraq qələbə qazandıq və növbəti mərhələyə keçdik.

- Dünənki konfransda bildirdiniz ki, rəqibi yaxşı təhil etmisiniz. "Sumqayıt"ı ümid etdiyiniz kimi gördüz?

- Əlbəttə, fikrimcə, əsas heyət çox dəyişməmişdi. Əsas məqamları və rəqibin hücumunu yaxşı təhlil etmişdik. Nəticə də rəqibi yaxşı təhlil etdiyimizi göstərir.

- "Sumqayıt"ın heyətində öz komandamızda görmək istədiyiniz, xüsusilə fərqləndirdiyiniz oyunçu varmı?

- "Sumqayıt" yaxşı komandadır, yaxşı futbolçuları var. 10 və 18 nömrəli futbolçuları fərqləndirərdim. Rəqibdə çatışmayan Avroliqa təcrübəsidir.