"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şkupi"nin qapıçısı Kristian Naumovski oyunla bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı qolkiper Şimali Makedoniya klubunun rəsmi saytına açıqlamasında rəqibi hərtərəfli öyrəndiklərini bildirib: "Bizi çox yaxşı və güclü rəqib gözləyir. Hamımız bilirik ki, "Neftçi" güclü komandadır". "Neftçi" güclü olsa da, elə də cəlbedici komanda deyil. Onları yaxşı analiz etmişik. Matça köklənmişik. Bakıya gedəcəyik və əlimizdən gələni etməyə hazırıq. Start heyətdə və ehtiyat oyunçular skamyasnda kimin olacağı vacib deyil. Meydanda olan oyunçuların 90-95 dəqiqə hər şeyi verməsi vacibdir. Hər görüşdə qələbə qazanmaq istəyirik, "Neftçi", "Pelister" və ya "Vardar" olsun, bizim üçün rəqibin fərqi yoxdur".
Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.