Yunanıstan klubu Türkiyə ilə arasındakı əzəli rəqabəti heçə sayaraq oyun öncəsi "Beşiktaş" klubuna möhtəşəm jest edib.

Offsideplus.az xəbər verir ki, Çempionlar liqası 2-ci təsnifat mərhələsi çərçivəsində öz evində "Qara Qartal"ı qonaq edən PAOK oyunçuları onların soyunub-geyinmə otağında lövhəyə "Siz bizim siyah beyaz kardeşlerimizsiniz" yazıb.
Qarşılamadan məmnun qalan "Beşiktaş" klubu isə öz Twitter səhifəsində həmin yazını paylaşaraq öz təşəkkürünü bildirib.

ab151c69 f1de 4da9 af58 bfae67f8971b

Xatırladaq ki, sözügedən oyun Bakı vaxtı ilə bugün saat 22:00-da başlayacaq.