Bu gün UEFA Avropa Liqasında 2019/2020 mövsümünə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turnirin final matçında İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i qarşılaşıb.
Lissabonda keçirilən həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gəlib. Niderlandlı Denni Makkelienin idarə etdiyi matç bol qollu alınıb. 5 topun vurulduğu görüşdə milanlılar erkən qolla hesabı açmalarına baxmayaraq, sonda "Sevilya" minimalhesablı qələbəyə sevinib.
Bununla Əndəlüs təmsilçisi Avropa Liqasında oynadığı 6-cı final matçından da qalib ayrılaraq, öz rekordunu yeniləyib.
UEFA Avropa Liqası
Final
23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya) - 3:2
Qollar: De Yonq, 12, 33, Diaqo Karlos, 74 - Lukaku, 3 (pen.), Qodin, 36
Baş hakim: Denni Makkelie (Niderland)
Köln. “Reyn Enerji” stadionu