Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçirilib.

Offsideplus.az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u qarşılaşıb.

Oyundan 5-0 hesablı darmadağınla ayrılan "İnter" finalda İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək.

Qeyd edək ki, final matçı avqustun 21-də Kölndə baş tutacaq.

 

UEFA Avropa Liqası

Yarımfinal

"İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna)

Qollar: Lautaro Martinez 19, 74, Danilo Dambrasio 64, Romelu Lukaku 78, 83.

Baş hakim: Şimon Martsinyak (Polşa)

Almaniya, "Düsseldorf" Arena