UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlərin adları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bunlar "Sevilya"dan Lukas Okambus, "Şaxtyor"dan Tayson, "İnter"dən Nikolo Barella və "Kopenhagen"nin qapıçısı Karl-Yohan-Yonsssondur.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Qeyd edək ki, 1/4 final mərhələsində "Sevilya" "Vulverhempton"ı 1:0, "Şaxtyor" "Bazel"i 4:1,  "İnter" "Bayer"i 2:1, "Mançester Yunayted" isə "Kopenhegen"i 1-0 hesabı ilə üstələyərək yarımfianla yüksəlib.