"Neftçi"nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyununun başlanma saatı müəyyənləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şimali Makedoniyanın "Şkupi” komandası ilə avqustun 27-də keçiriləcək matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, qarşılaşma "Bakcell Arena”da olacaq.