Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə dörd görüş keçirilib. "Bayer" "Reyncers"i, "Sevilya" "Roma"nı, "Bazel" "Ayntraxt"ı, "Vulverhempton" isə "Olimpiakos"u məğlub edərək 1/4 finala yüksəlib.

Qeyd edək ki, dünən "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala vəsiqəni təmin etmişdi.