Türkiyə Futbol Federasiyası (TFF) Çempionlar Liqasının finalı üçün UEFA-ya təminat verib.

Offsideplus.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, qurum TFF-yə "turnirin yarımfinallarını da keçirmək üçün hazırsınızmı" deyə müraciət edib. Federasiya heç bir problemin olmayacağını vurğulayıb.

UEFA təkcə Çempionlar Liqası deyil, Avropa Liqasının yarımfinal görüşlərini də İstanbulda keçirməyi düşünür. Yekun qərar UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının finalı avqustun 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Avropa Liqasının həlledici qarşılaşmasının isə avqustun 26-da və ya 27-də Polşanın Qdansk şəhərində təşkili nəzərdə tutulub.