Avropa Liqasının 1/8 final mərhələsində "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) matçı baş tutmaya bilər.

Offsideplus.az "Onda Cero"ya istinadən xəbər verir ki, buna səbəb İspaniya klubunun İtaliyaya getməkdən imtina etməsi səbəb olub. Klubun prezidenti Anxel Torres koronavirusla bağlı vəziyyətin düzəlməyəcəyi təqdirdə matça getməyəcəklərini bildirib: "Pley-off"da məğlub olmaq məcburiyyətində qalsaq, uduzacağıq. Heç bir halda sağlamlığımızı təhlükəyə atmayacağıq. UEFA-dan oyunla bağlı xahiş etdik. Koronavirusa görə problem istəmirik. Ən düzgün seçim matçı təxirə salmaqdır".

Qeyd edək ki, "İnter" - "Xetafe" arasında ilk matçı martın 12-də keçirilməlidir. İtaliyada futbol üzrə ölkə çempionatı daxil olmaqla, bütün idman turnirləri dayandırılıb.