UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində bu gün "Zalsburq" ilə Almaniyanın "Ayntraxt" klubları arasında keçirilməli olan cavab oyunu təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, buna fırtına xəbərdarlığı səbəb olub. Şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Buna görə görüşün oynanılmamasına qərar verilib.
Xatırladaq ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.