"İnter" klubunun futbolçusu Aleksis Sançezin koronavirusa yoluxmağı ilə bağlı xəbərlər yayılıb.

Offsideplus.az Çili mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı forvard buna görə karantinə götürülüb.

Belə ki, onun adının  bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Ludoqorets"lə keçiriləcək oyunun iştirak ərizəsinə salınmadığı bildirilir.

Futbolçu özü də "instagram" hesabında "Bu gün oyun yoxdur" başlıqlı şəkil paylaşıb.

bandicam 2020 02 27 01 42 58 900