AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Fritz Ştuxlik növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, HK rəhbəri UEFA Avropa Liqasının oyununda iş başında olacaq.
Portuqaliyaya səfər edəcək Ştuxlik turnirin 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində fevralın 26-da baş tutacaq “Braqa” - “Reyncers” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma “Estadio Municipal de Braqa”da keçiriləcək.