UEFA İntizam Komitəsi "Başakşehir" - "Volfsburq" matçında qol sevincini əsgər salamı ilə qeyd edən meydan sahiblərinə qınama cəzası verib.
Offsideplus.az xəbər verir ki, noyabrın 24-ü baş tutan matçın 78-ci dəqiqəsində qələbə qolunu vuran İrfan Can Kahveçi komanda yoldaşları ilə birgə əsgər salamı vermişdi.
Türkiyə millisinin üzvünün "Barış pınarı" hərəkatına dəstək verdiyi hərəkət barədə araşdırmaya başlayan qurum, kluba qınaq cəzası verib.