Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun "Sevilya"nın hücumçusu Brayan Gil üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, gənc forvard matçın 61-ci dəqiqəsində vurduğu qolla İspaniya tarixinə düşüb.
54-cü dəqiqədə oyuna qoşulub az sonra hesabı açan Gil XXI əsrdə doğulan ispaniyalı futbolçular arasında Avropa Liqasında qol vuran ilk oyunçu olub.
Bu, 2001-ci il təvəllüdlü Gilin "Sevilya"da ikinci qolu (ilk qol "Rayo Valyekano" ilə oyunda) olub.
Qeyd edək ki, "Sevilya" - "Qarabağ" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib.