UEFA Avropa Liqasının V turunda "Sevilya" öz meydanında "Qarabağ"a qalib gəlib - 2-0.
Offsideplus.az xəbər verir ki, "Sevilya"nın baş məşqçisi Xulen Lopeteg oyundan sonra verdiyi açıqlamada "Qarabağ" qrupdan çıxmağa layiq olduğunu bildirib: "Qarabağ"ın oyuna 5 müdafiəçi ilə çıxması mənim üçün gözlənilməz oldu. Açığı, buna təəccübləndik. Normalda 4 müdafiəçi ilə oynayırlar. Buna baxmayaraq oyunu yaxşı oxudular. Müdafiədə iki səhvə yol verdilər. Daha çox müdafiə olunduqları üçün böyük qüvvə ilə hücuma çıxa bilmədilər. Ona görə də qol şansları az oldu. "Qarabağ" neçə ildir avrokuboklarda qrup mərhələsində çıxış edir. Milli çempionatlarında bütün rəqiblərindən bir baş üstündürlər. Ona görə də Avropada inamlı təsir bağışlayırlar. "Qarabağ" qrupdan çıxmağa layiq idi".