Bu gün Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Sevilya" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Lukas Okampos qarşıdakı 3 çempionat oyununu buraxacaq.

Buna səbəb Argentina millisinin üzvünün "Valyadolid"lə son qarşılaşmada qırmızı vərəqə almasıdı. 90+2-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulan 25 yaşlı oyunçunun hakimə qarşı sərt etirazı ona baha başa gəlib. Belə ki, yerli federasiya ona 3 oyunluq cəza kəsib. Bunun 1-i qırmızı vərəqə aldığına, 2-si isə hakimə qarşı hörmətsizliyə görə olub.

Bu da o deməkdi ki, Okampos La Liqanın qarşıdakı 3 matçında - "Leqanes", "Osasuna" və "Vilyarreal"la görüşdə komandasına kömək edə bilməyəcək.