“Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirib. Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi IV turun görüşündə APOEL-in qonağı olub. Oyunda hesabı "Qarabağ" açsa da, sonda rəqib 2:1 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
Heyətlər:
APOEL: 27. Vid Belets, 6. Savvas Qentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 14. Uroş Matiç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç
"Qarabağ": 1. Asmir Beqoviç, 3. Ailton Silva, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov. 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 7. Araz Abdullayev