"Özümü yaxşı hiss edirəm. "Qarabağ"la iki həftə əvvəlki matçda komandam o qədər də yaxşı durumda deyildi. Bəzi problemlərimiz oldu və liqada da istədiyimi kimi oynaya bilmədik. Amma ilk görüşdə xarakter göstərdik və iki qol vurduq".
Offsideplus.az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la sabahkı ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis hazırda daha yaxşı vəziyyətdə olduqlarını bildirib: "Pis nəticəyə baxmayaraq, məşqlərdə yaxşı komanda gördüm. "Qarabağ"la matçlarda 4 qol vurmuşuq və yenə də fərqlənməyi hədəfləmişik. Üç xal qazanmaq istəyirik və bunu bacara bilərik. "Qarabağ"la ilk görüş kimi ikinci oyunda finala bərabərdir. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".
Doll komandasının evdə oynamasının onlar üçün üstünlük olduğunu bildirib: "Bu dəfə başqa cür olacaq. Çünki biz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Ağıllı oynayıb, "Qarabağ"a əks-hücumlar şansı verməmək lazımdır. Futbolçularımın bu cür oyunlar üçün təcrübəsi var. Oyunçular arasında yaxşı formada olmayan var. Amma mənim başqa variantlarım da olacaq".(qol.az)