"Qarabağ" Kiprdə APOEL-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur matçına azarkeşsiz çıxacaq.
Offsideplus.az "SigmaLive" nəşrinə istinadən xəbər verir ki, təmsilçimiz mümkün gərginliyə risk etməmək üçün öz tərəfdarlarına bilet almamağı üstün tutub.
Xatırladaq ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb. Komandalar arasında Bakıda keçirilən oyunda 2-2 hesablı bərabərlik qeydə alınıb.