Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq APOEL-in zədəlilərinin son durumuna aydınlıq gəlib.
Offsideplus.az Kipr mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Antonio Yakoliş artıq tam sağalıb. Uzun müddətdir komandadan ayrı olan argentinalı yarımmüdafiəçi Tomaş de Vinsenti yenə görüşü kənardan izləməli olacaq. Həmçinin sloveniyalı hücumçu Roman Bezyakı da növbəti oyuna yetişdirmək mümkün olmayıb.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:55-də start götürəcək.