UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün “Qarabağ”ın qonağı olacaq APOEL-in aparıcı futbolçusu Musa Əl-Tamari oyunda iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, futbolçunun adı görüşün iştirak ərizəsinə salınmayıb. 22 yaşlı yarımmüdafiəçi intizamsız hərəkətinə görə baş məşqçi Tomas Dollun qəzəbinə tuş gəlib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də başlayacaq.