AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsində “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) oyununa təyinat alıb.

Offsideplus.az xəbər verir ki, milli assosiasiyanın rəsmisi matçın UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, görüşn oktyabrın 24-də Trabzon şəhərindəki Şenol Güneş Spor Kompleksində keçiriləcək.