“İstəməzdik məğlub olaq. Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir. Bunu qəbul etməliyik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Sevilya” ilə keçirilən oyundan (0:3) sonra mətbuat konfransında deyib.
- “Sevilya” çox dinamik komandadır, topla sürətli davranır. Yenə də futbolçularıma “çox sağ ol” deyirəm. Onlar üçün çətin idi. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu oyunlar çox olur. Rəqibi yaxşı oyuna və qələbəyə, azarkeşlərimizə də bu cür dəstəyə görə təşəkkür edirəm.
- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. İlk turun nəticələri fikrinizdə hansısa dəyişiklik yaratdımı?
- Mütləq dəyişdi. Düşünürəm ki, bu oyundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda yoxdur. Düşünmədiyin nəticələr olur. Qrupda bundan sonrakı matçlara bu günkündən də çox hazırlaşmalıyıq.
- Məncə, əlavə şərhə ehtiyac yoxdur. Əlbəttə oldu. La Liqa ən çox izlədiyim çempionatdır. Bu fərqin bu gün canlı şahidi olduq. İlk qola kimi mübarizə apara bildik. İlk qoldan sonra dəyişikliklər etdik, önə çıxmaq istədik. Dərhal da bundan istifadə etdilər. Bu, necə güclü çempionatdan gəldiklərini göstərir.
- Xayme Romeronu niyə əvəzlədiniz?
- “Neftçi” ilə matçda da demişdim ki, Xayme son günlər xəstə idi. Məşqlərdə də iştirak etmirdi. Həmin görüşdə də son 30 dəqiqədə şans vermək istədik. Bu gün isə oyunda sürət artdığından onun zədələnmə ehtimalı artdı. Bu səbəbdən tarazlığı da qorumaq üçün Kintananı meydana buraxdıq.
- Araz Abdullayevi hücumun mərkəzinə buraxanda, hücumçu problemini hiss etdinizmi? Və Miçeldən razı qaldınızmı?
- Futbolçularımdan razı qaldım. Rəqibi də nəzərə almalıyıq. Əsas hücumçumuz Mahir Emreli zədəlidir. Nə qədər imkanımız var idi, transferlərdən də o qədər istifadə edə bildik. Bu, hər dəfə alınmır.(qol.az)