Avropa Liqasının qrup mərhələsində ilk oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcək "Sevilya" artıq İspaniyadan yola düşmək üzrədir.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispanlar Bakıya tam heyətlə gəlirlər.

Baş məşqçi Xulen Lopetegi Azərbaycana 23 futbolçu gətirir. 

Vaslik, Serxi Qomes, Karriço, Ronni Lopes, Dabbur, baneqa, Munir, Kunde, Bono, Xavyer Ernandes, Pozo, Xesus Navas, Qudelj, Esküdero, De Yonq, Dieqo Karles, Oliver Torres, Fernan Vaskes, Regilon, Yordan, Fernando, Brayan, Alfonso.