"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda  "Sevilya" ilə ev oyunu üçün biletlər bugündən satışa çıxarılacaq.

Offsideplus.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi yazıb. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik, məlumat verilməyib. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-u saat 20:55-də başlayacaq.